Bayram günlərində dəmir yolu reyslərinin sayı artacaq

Azərbaycan Dəmir Yolları ASC bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq əlavə reyslər təyin edir.

TIME bildirir ki, noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir. Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.

Leave a Reply