Şuşa və Ağstafaya köç nə vaxt başlayır?

Gələn ilin I rübündə Azərbaycan vətəndaşlarının Şuşaya köçürülməsinə başlanılacaq və bu proses 400-ə yaxın ailəni əhatə edəcək.

TIME bildirir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

“Bu yaxınlarda Şuşada genişmiqyaslı yol infrastrukturunun inşasına başlanılacaq. Hazırda sosial obyektlərin tikintisi prosesi davam etdirilir. Yaxın günlərdə məktəbin açılışı olacaq”, – deyə o qeyd edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, 2025-ci ilin ortalarından sakinlərin Ağdam və yaxın kəndlərə köçürülməsi prosesinin başlanılması planlaşdırılır.

“Ağdam şəhərində görüləsi işlərin miqyası xeyli çoxdur. Bu gün orada irimiqyaslı tikinti işləri görülür. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə işlərə başlanılıb. Yaxın zamanda daha 3 məhəllənin təməli qoyulacaq. Bütün bu tikinti işləri gələn ilin əvvəlində başlayacaq. Planlara əsasən, 2025-ci ilin ortalarından Ağdam və ətraf kəndlərə sakinlərin köçürülməsi mümkün olacaq”, – o deyib.

Leave a Reply