Rəqəmsal detoksun 5 əsas qaydası

İstər evdə, istərsə də işdə rəqəmsal texnologiyalar həyatımızı hər sahədə asanlaşdırıb. Lakin necə deyərlər, hətta ən faydalı məhsullar belə çox istifadə etdikdə ziyanlı ola bilər. Bu, xüsusilə ofisdə və ofisdən kənarda telefonlarına və ya noutbuklarına bağlı olan biznes sahiblərinə aiddir. Zamanla bu, insanın texnologiyaların təsiri altına düşməsinə səbəb ola bilər və fiziki və zehni rifahına mənfi təsir göstərər.

TIME  aşağıda təqdim etdiyi yazıda texnologiyalara həddən artıq bağlanmanın əsas əlamətləri və rəqəmsal detoksla bunun öhdəsindən gəlmək üsulları haqda xarici ekspertlərinin məqalələrinə istinadən faydalı məsləhətlər verir.

Texnologiyalara bağımlılığın əlamətləri

SCL Health bildirir ki, yatmazdan əvvəl elektronikadan istifadə yuxunuzu qaçırda bilər, çünki mavi işığa məruz qaldıqda biz sinirlərimiz oyanıq olur. Bu, gündüz yuxusunun əhəmiyyətli dərəcədə azalmasına və gün ərzində yorğunluq hissinin yaranmasına səbəb ola bilər. Bundan əlavə, bu işığa uzun müddət məruz qalma baş ağrılarına, gözlərin seğirməsinə və bəzi hallarda gözlərdə qara ləkələrə səbəb ola bilər ki, bunu qarşısı alınmasa zamanla vəziyyət daha da pisləşə bilər. Texnologiyadan asılılığımızın ikinci dərəcəli problemi oturaq həyat tərzidir ki, bu da çəki artımına, ürək-damar xəstəliklərinə və sümük sıxlığının azalmasına səbəb ola bilər.

Rəqəmsal detoksun faydası

Texnologiyadan uzaq vaxt keçirmək ilk baxışda qeyri-mümkün görünə bilər, lakin bu mümkündür, hətta qısa və uzun müddətdə əhəmiyyətli dərəcədə sağlamlığınıza faydalı olacaq, belə ki:

● Məhsuldarlığınız artır. Kompüter və ya smartfon ekranlarından və işdən uzaqda kifayət qədər vaxt keçirmək zehninizin yenidən qurulmasına və stress faktorlarından ayrılmasına kömək edəcək və iş saatları ərzində məhsuldarlığın artmasına səbəb olacaq.

● Fiziki sağlamlığınız bərpa olunur. Smartfon və kompüter arxasında keçirdiyiniz vaxtın bir hissəsini məşqlə əvəz etmək ürək-damar sağlamlığının yaxşılaşdırır və sağlam çəkidə qalmağı asanlaşdırır. Bundan əlavə, Mayo klinikasının məlumatlarına əsasən, məşq orqanizmdə yaxşı əhval-ruhiyyə hissini yaradan hormonların istehsalını artırır və insanın özünü daha xoşbəxt hiss etməsinə səbəb olur. Hətta gündəlik gəzinti belə fiziki sağlamlığınıza böyük fayda verə bilər.

● Yuxunuz yaxşılaşır. Ekran qarşısında keçirilən vaxtın azalması ilə məşqin birləşməsi nəticəsində yuxu rejiminizi qaydaya salmaq asanlaşacaq və hər gecə ən azı yeddi saat dincəlməyə imkan verəcək.

● Sosiumla əlaqələriniz güclənir. Dostları və ailəni elektron ekranla əvəz etmək daha güclü əlaqələr yaratmağa kömək edəcək. Restoranda və ya parkda görüşməyə üstünlük verin və ya açıq havada ekskursiya planlaşdırın.

● İşgüzar fəaliyyətiniz ilə şəxsi həyatınız arasında balansın yaradılması. Əgər işdən sonra elektronikadan istifadə etməmək qərarına gəlsəniz, hobbiləri araşdırmaq, sosiallaşmaq, məşq etmək və çoxdandır ki, etməli olduğunuz ev işlərinizin bir hissəsinin yerinə yetirilməsi üçün çox vaxtınız olacaq. Nəticədə işgüzar fəaliyyət – şəxsi həyat arasında balans sizə işdə və ailənizdə sağlam atmosfer yaratmağa imkan verəcək.

Rəqəmsal detoksa necə nail olmaq olar?

Texnologiyadan istifadənin azaldılması biznesin səmərəliliyi hesabına başa gəlmir. Rəqəmsal detoksu cədvəlinizə inteqrasiya etməyin bir neçə əla yolları bunlardır:

● Sənədlərinizi rəqəmsal şəkildə idarə edin: Bütün sənədlərinizi PDF formatında rəqəmsallaşdırın və onları buludda mərkəzləşdirin. Bu, sənədlərə istənilən vaxt və hər yerdə daxil olmağa kömək edəcək.

● Texnologiyasız bir gün planlaşdırın. Həftədə bir gününüzü texnologiyasız olmağa həsr edin. Bu o deməkdir ki, getdiyiniz yerdə e-poçtu yoxlamağa, mesajlaşma proqramlarından istifadə etməyə və ya telefonunuzu özünüzlə aparmağa ehtiyac yoxdur. Bunun əvəzinə günü açıq havada keçirin, dostlarla görüşün, sağlam yeməklər bişirin və ya hobbiniz ilə məşğul olun.

Müasir texnoloji əsrdə rəqəmsal detoks cədvəlinə sahib olmaq bütün biznes sahibləri üçün zəruridir. Hər həftə texnologiyasız bir gün keçirməklə yanaşı, stressi çiyinlərinizdən atmaq və gündəlik ekran qarşısındas keçirdiyiniz vaxtı azaltmaq üçün məsuliyyətləri peşəkarlara həvalə etməyə başlayın.

Rəqəmsal detoksu həftədə neçə dəfə etməliyəm?

Texnologiyanın yorğunluğunu hiss edən insanlar ən azı 3-6 gün detoks etməyi planlaşdırmalıdırlar. Bu, dincəlmək və texnologiyadan istifadəni digər fəaliyyətlərlə tarazlaşdıran daha sağlam bir cədvəl planlaşdırmaq üçün kifayət qədər vaxt olacaq.

Rəqəmsal detoks mənim yuxumun keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkmi?

Bəli, xüsusilə yatmazdan 2 saat əvvəl smartfon və ya kompüter ekranından uzaqlaşmağınız keyfiyyətli yuxuya nail olmağınıza kömək edəcək.

Rəqəmsal detoks işinizə mənfi təsir edirmi?

Xeyr, rəqəmsal detoksikasiya ilə məşğul olmaq sizə hər gün bol-bol istirahət etməyə kömək edəcək ki, bu da işdə məhsuldarlığın və performansın artmasına səbəb olacaq.

Leave a Reply