13 oktyabrdan ADY-nin Bakı-Sumqayıt-Bakı “Ekspres” qatarı fəaliyyətə başlayır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərnişin sıxlığını nəzərə alaraq ADY Bakı-Sumqayıt-Bakı marşrutu üzrə oktyabrın 13-dən etibarən “Ekspres” reyslər əlavə edir.
“Ekspres” qatarı marşrut üzrə heç bir ara stansiya və dayanacaqlarda dayanmadan birbaşa hərəkət edəcək.
İş günləri hərəkət cədvəli:
Bakı-Sumqayıt: 06:50 – 07:37; 18:05 – 18:45
Sumqayıt-Bakı: 07:45 – 08:26; 19:20 – 20:05