“Himayədar ailə” qayğımodeli necə işləyir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Himayədar ailə” qayğı
modelinin tətbiqi ilə bağlı “Hər zaman “Sevirəm” demək istəyirsənsə…” başlığı ilə yeni videoçarx hazırlanıb.

Videoçarxda uşaqlara qayğı sahəsində dünyada geniş yayılmış təcrübələrdən olan,
dövlət müəssisələrindəki uşaqların ailə mühitində böyüməsinə zəmin yaradan himayədar
ailə modelinin bir nümunəsi əks olunur.

Bu gün, 11 oktyabr – Beynəlxalq Qızlar Günündə təqdim etdiyimiz videoçarx eyni
zamanda qız uşaqlarının dəyərini, bir ailənin həyatına xoşbəxtlik qatan dəyərli bir nemət
olduğunu da təcəssüm etdirir.

Leave a Reply