Hindistan sahibkarı Hemanşu Cayn yaşlılar üçün yeni maarifləndirici və əyləncəli platforma yaradıb.
TIME bildirir ki, “Khyaal” adlanan paltforma yaşlı insanlar üçün yaradılıb və rəqəmsal savadlılıq, icma dəstəyi və bacarıq inkişafını təmin etmək məqsədi daşıyır.
Hemanşu Cayn bir çox yaşlı insanların, xüsusən də həyat yoldaşını və ya dostlarını itirdikdən sonra özlərini tənha hiss etdiklərini anladıqdan sonra “Khyaal” şirkətini qurub.
Bu fikir onun ağlına COVID-19 pandemiyası zamanı atası ilə daha çox vaxt keçirdiyi və tək yaşayan yaşlı insanların üzləşdiyi çətinlikləri anladığı zaman gəlib. İlkin mərhələdə bütün səylər həyati vacib sağlamlıq əlamətlərini izləmək üçün sensorlarla təchizat məhsulları yaratmağa yönəlmişdi, lakin Cayn yaşlı insanlarla ünsiyyət qurarkən, onların daha çox rəqəmsal savadlılığa ehtiyacı olduğunu müşahidə etmişdir və bu məsələni ictimaiyyətləşdirmənin önəmli olduğu qənaitinə qəlmişdir.
Bu məqsədə çatmaq üçün sahibkar öncə bir çoxlarının istifadə etdiyi WhatsApp qruplarında yaşlı insalar üçn onlayn alış-veriş, nəqliyyat və əyləncə kimi mövzularda yaşlılara pulsuz rəqəmsal savadlılıq seminarları təklif etdi. Nəticədə qeyd edilən WhatsApp qruplarına 10 000-dən çox yaşlı insan qoşuldu. Daha sonra daha özəl icma platforması təklif etmək üçün MVP kimi mobil proqram yaratdılar.
“Khyaal”-ın təmin etdiyi bəzi əsas imkanları aşağıda qeyd edilib:
- Yaşlı insanlara smartfon və proqramlardan rahat istifadə etməyə kömək etmək üçün rəqəmsal savadlılıq təlimi
- Kədər, itki və digər psixi sağlamlıq problemlərini müzakirə etmək üçün dəstək qrupları.
- Yalnızlığı azaltmaq üçün əyləncəli məzmun və oyunlar
- Yaşlı insanlar üçün uyğunlaşdırılmış maliyyə xidmətləri, məsələn, fırıldaqçılıqdan müdafiə
Hazırda Hindistanda 140 milyondan çox yaşlı vətəndaş var, lakin yaxın 5 ildə bu rəqəmin iki dəfə artacağı gözlənilir ki, bu da böyük bir bazarın mövcud olduğunu göstərir. “Khyaal”, yaşlı insanların xoşbəxt və müstəqil yaşaması üçün bir nöqtəli həll yolu olmağı hədəfləyir.
Qeyd edək ki, “Khyaal”-dan öncə Hemanşu Cayn Diabeto adlanan digər uğurlu və faydalı online platforma yaradıb.