İsraildə müharibə başlayıb: Son vəziyyət necədir?

Ötən şənbə günü səhəri İsraildə qarşıdurma baş verib və ölkə ərazisinə təxminən 4,4 min raket atılıb. Lakin İsrail qısa müddət ərzində misli görünməmiş sayda ehtiyatı – 48 saat ərzində 300 min ehtiyatda olan əsgəri səfərbər edə bilib.

TIME xarici mətbuata istinadən bildirir ki, hazırda İsrail bütün əraziləri nəzarətinə qaytarıb və onun ərazisində heç bir hərbi əməliyyat yoxdur. Eyni zamanda, HƏMAS yaraqlılarının hələ də İsrail ərazisində olması mümkündür.

“The Guardian” İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Daniel Həcəri deyib ki, hazırda Qəzza zolağı ilə sərhədə yaxın yerləşən bütün yaşayış məntəqələrindən təxliyə aparılır.

Həcəri qeyd edib ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağına hər dörd saatdan bir intensiv hava zərbələri endirir. İsrail yalnız terrorçuların yerləşdiyi yerləri hədəfə alır.

Qeyd edək ki, şənbə günü Qəzza zolağından İsrailin cənub və mərkəzinə raket zərbələri endirilib. Onlarla fələstinli yaraqlı Qəzzadan yük maşınları və paraplanlarla İsrail ərazisinə daxil olub. Öz növbəsində İsrail Müdafiə Qüvvələri Dəmir Qılınclar əməliyyatının başladığını elan edib. İsrail hakimiyyəti ölkənin müharibə vəziyyətində olduğunu rəsmən bəyan edib.

Son məlumatlara görə, İsraildə ölənlərin sayı 700 nəfəri keçib, 2,3 mindən çox insan xəstəxanalara yerləşdirilib. Həlak olanlar arasında mülki şəxslər, onlarla polis və hərbçi var.

Qəzza zolağında qurbanların sayı 493-ə çatıb. 2 min 750-dən çox yaralı var.

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə başverən hadisələrə operativ reaksiya verərək vəziyyətin deeslakasiyasına çağırıb.

“Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki insanlara qarşı zorakılığı pisləyirik. Həm İsraildə, həm də Qəzza zolağında çoxlu mülki vətəndaşın faciəvi şəkildə həlak olması ilə bağlı başsağlığımızı bildiririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, – nazirliyin rəsmi məlumatında qeyd edilib.

Leave a Reply