Azərbaycanda leysan yağışlar və 12 ballıq qasırğa gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 14:00-a olan məlumatına əsasən şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28 m/s, Qobustanda 24 m/s, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Beaufort miqyasına görə hazırda göstərilən ərazilərdə 9-10 ballıq fırtına müşahidə olunur. Göstərilən gücdə külək dağıdıcı kimi xarakterizə edilir.

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Beaufort miqyasına görə 12 baldan yüksək gücdə qasırğa gözlənilir.

Oktyabrın 09-u axşamdan 10-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enərək, 10-da gündüz saatlarında 13-16° isti olacağı gözlənilir.

Şimal-qərb küləyinin Azərbaycanın rayonlarında oktyabrın 10-u səhərədək 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Oktyabrın 9-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran Dağlıq-Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay;
Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Leave a Reply