Bu gün müəllimlər günüdür və ənənəvi olaraq valideynlər ən azından bir gül dəstəsi olsa belə müəllimlərə hədiyyə edirlər. İllərlə valideynlər tərəfindən dəstəklənən bu ənənənin nə qərarlar, nə xəbərdarlıqlar qarşısını ala bilməyib. Əslində, bir gün məktəbdə keçirdikdən sonra, hər birimiz müəllim işinin nə dərəcədə çətin bir iş olduğunu anlayırıq və bu iş bəzən dövlət idarə etməkdən daha çətin olur. Çünki bir varki yetkin, olgunlaşmış insanları idarə edirsən, birdə var ki, bütün onların hələ tam olgunlaşmamış, bir yerdə beş dəqiqə belə sakit oturmağı bacarmayan, fikrini dərsə cəmləşdirə bilməyən və dərs vaxtı diqqəti müəllimdən başqa istənilən yerdə ola bilən uşaqlarını. Çətin işdir… Düşünürəm ki, müəllimlərin ildə bir neçə dəfə kiçik hədiyyə almaq haqqı var, lakin hədiyyə tələb etmək və onu almadıqda uşaqlara qarşı ayrıseçkilik etmək haqqı yoxdur. Amma nə etməliyik ki, bu hədiyyə rüşvət kimi görünməsin, yersiz olmasın və müəllimin ürəyincə olsun?
TIME hədiyyələr üzrə ekspertlərin müxtəlif rəylərinə istinadən bildirir ki, hədiyyənin dəyəri 50 manatdan yuxarı olmamalıdır və onu ixtiyari bir gündə deyil, bir münasibətlə təqdim etmək yaxşıdır.
Ümumiyyətlə müəllimə hədiyyə vermək lazımdırmı?
Bir çox məktəblərdə müəllimlər üçün hədiyyələr mütləqdir. Aktiv valideynlər yaxından nəzarət edirlər ki, heç kim inciməsin. Bir çox insanlar münasibətləri korlamamaq istəyi ilə razılaşırlar, lakin başa düşmək lazımdır ki, bu cür toplantılarda heç bir şəkildə iştirak etmək məcburiyyətində deyilsiniz.
Hədiyyə verməliyikmi?
Konstitusiya uşağın pulsuz məktəbəqədər, əsas ümumi və orta ixtisas təhsili almaq hüququnu təsbit edir. Bütün “qəsblər” qanunsuzdur və hədiyyələr yalnız valideynlərin istəyi ilə verilir və sonuncu halda bir sıra nüanslar var.
Vəkil Zaur Hüseynov rüşvətlə hədiyyənin fərqinin nədən ibarət olduğuna münasibət bildirərkən deyib ki, Azərbaucan qanunvericiliyinə əsasən, söhbət vəzifəli şəxslərə səlahiyyətləri çərçivəsində hər hansı işin görülməsi müqabilində verilən hədiyyədən gedirsə, qiyməti 55 manatdan yuxarı olan hədiyyələr rüşvət sayıla bilər. Əgər hədiyyənin qiyməti göstərilən məbləğdən yuxarı olarsa, hədiyyəni qəbul edən şəxs işlədiyi yerin rəhbərliyinə bu barədə müvafiq məlumat verməlidir.
Müəllimə pul vermək olarmı?
Etik qaydalar nöqteyi nəzərinən pul hədiyyə etmək tövsiyə edilmir. Onu da nəzərə alın ki, elə məktəblər var ki, administrasiya müəllimlərə hətta bayramlarda belə valideynlərdən hədiyyə qəbul etməyi qadağan edib. Hədiyyə gətirməklə daxili qaydaları pozub-pozmayacağınızı əvvəlcədən yoxlayın. Əks halda, vəziyyət bütün tərəflər üçün yöndəmsiz və xoşagəlməz olacaq. Burada artıq müəllimə hansı hədiyyələrin qanunla qadağan olunduğunun əhəmiyyəti yoxdur, daxili qaydalara diqqət yetirmək daha yaxşıdır.
Hansı hədiyyələri verə bilərsiniz?
Artıq məlumdur ki, 55 manatdan bahalı olmayan hədiyyə almalısınız. Məsələn, məişət texnikası və ya elektronikanın qiyməti tamamilə fərqli ola bilər və hətta ucuz bir cihaz bəzən çox bahalı bir cihaz kimi görünür. Gözlə real dəyəri müəyyən etmək həmişə mümkün olmur. Qəbzinizi saxlayın. Müəllimlə münasibətiniz imkan verirsə, çeki hədiyyə ilə birlikdə təhvil verin ki, bir şey baş verərsə, alan tərəfin sübutu olsun. Siz çeki ayrıca qeyri-şəffaf zərfə qoya və onu açmamağı xahiş edə bilərsiniz, ancaq hər ehtimala qarşı saxlayın. Əgər narahatsınızsa (və ya müəllim narahatdırsa), özünüzü xoş bir xatirə ilə məhdudlaşdırın. Valideynlərin, müəllimin zövgünü bilmədən, şirniyyat, parfümeriya, ətir, geyim bağışlamağı məqsədəuyğun deyil, çünki bu hər insanın fərdi seçimi ilə alınan əşyalardır. Bir dəstə çiçək, fərdi aksesuar (ofis, iş masası…), hədiyyə kartları əla kompromis həll ola bilər.
Hədiyyə rüşvətdən necə fərqlənir?
Hədiyyə ilə rüşvət arasındakı fərq ondan ibarətdir ki, rüşvət halında razılaşma faktı var. Əgər maddi dəyər hansısa xidmət və ya güzəşt müqabilində müəllimə verilirsə (məsələn, rübdə yaxşı qiymət), bu, artıq korrupsiyanın təzahürü kimi qiymətləndirilir.
Kiminsə rüşvət verdiyinizdən şübhələnməsinin qarşısını almaq üçün “ara-sıra” (yəni bayramlara təsadüf etmək üçün) hədiyyələr verin. Hədiyyəyə birini əlavə etsəniz, açıqcanın mətninin və ya müşayiətedici qeydin mətnində də diqqətli olun. Unutmayın ki, kimsə müəllimə pislik etmək, onu korrupsiyada ittiham etmək istəsə, hətta ən məsum sözlər də yanlış şərh oluna bilər. Kiminsə müəlliminizə zərər verə biləcəyindən qorxursunuzsa, təhlükəsiz olmaq daha yaxşıdır.
Hədiyyələrdən ümumiyyətlə imtina etmək dəyərmi?
Məktəbinizdə müəyyən tarixlərdə hədiyyə vermək ənənəsi varsa və sizdən bu ənənəyə uyğun hərəkət etməyinizi gözləyirlərsə, ondan tamamilə imtina etməyə ehtiyac yoxdur. Siz öz mövqeyinizi nümayiş etdirərək neytral və simvolik hədiyyə ilə məhdudlaşa bilərsiniz.
Aynur Vəliyeva