DİN internet istifadəçilərinə xəbərdarlıq edib

Azərbaycan Daxili İşlər Nazirliyi internet istifadəçilərini saytların domen adlarına diqqət etməyə çağırıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirlyiin yaydığı məlumata əsasən dələduzlar məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün saytlar yaraddırlar.

“Belə saytlarda şəxsiyyət vəsiqənizi, hesabınızı və ya bank məlumatlarınızı paylaşmayın. Mükafatlar, sorğular və s. bu kimi şübhəli linklərə klikləməyin. Heç bir ödəniş etməyin”, – deyə nazirlik xəbərdalıq edib.

Leave a Reply