Mediada uşaqlar barəsində məlumat ictimailəşdirilərkən hələrə diqqət yetirilməlidir?

Azərbaycan Respublikası Baş Prokurorluğu #hüquqimaarifləndirmə #uşaqhüquqları heştəqləri altında yeni maarifləndirici material hazırlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu dəfə mövzu mediada uşaqlar (18 yaşına çatmamış şəxslər) barəsində məlumat ictimailəşdirilərkən hansı hallara diqqət yetirmək lazım olduğu haqdadır.

Aşağıda medianın uşaqlarla bağlı reportajlar hazırladıqda nəzərə almalı olduqları 5 amil göstərilib.

  – Uşaqların zərərçəkdiyi və ya şahid olduğu cinayət, eləcə də uşağa mənfi təsir göstərə biləcək, onda baş vermiş hadisənin mənfi təəssüratlarını yenidən yarada biləcək hallar barəsində uşaqla mümkün qədər ünsiyyətə girilməməlidir (məqsəd diqqəti baş vermiş qanunsuzluğa çəkmək yaxud uşağı qorumaq olsa belə, ondan müsahibə alınmamalıdır);

  – Uşaqdan ona mənfi təsir edə biləcək istənilən məsələ barədə müsahibə alındığı hallarda onun valideyni və mütəxəsissin iştirakı təmin edilməli, uşağın üzü gizlədilməli və səsi dəyişdirilməlidir;

  – Uşaqlar barəsində ictimailəşdirilən məlumatlarda uşağın adı dəyişdirilməli və ya şərti qeyd edilməli, uşağın adı çəkilməsə belə onu eyniləşdirməyə imkan verən başqa məlumatlar qeyd edilməməlidir. (Məsələn, yaşadığı kənd, küçə, təhsil aldığı məktəb, valideynləri barədə məlumatlar və sair)

  – Uşağın təqsirləndirildiyi cinayət işləri üzrə təqsirsizlik prezumpsiyasına riayət edilməsinə xüsusi diqqət edilməli, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan cinayətin həmin uşaq tərəfindən törədilməsi barədə məlumatlar ictimailəşdirilməməlidir;

  – Uşaqlar barədə ictimailəşdirilən məlumatın düzgünlüyünə, mənbəyin etibarlılığına əmin olunmalı, aidiyyəti təşkilatlarla məlumatın düzgünlüyü yoxlanılmalı və dəqiqləşdirmə aparılmadılır.

Leave a Reply