“Qlobal Koreya” təqaüd proqramı elan edilib

Koreya Respublikası 2024–2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak üçün sənədlər 6 oktyabr 2023-cü il tarixinədək  Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim olunmalıdır.

Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış ola bilərsiniz.      

Leave a Reply