X/Twitter-də 1993-cü ildə Qarabağın Ermənistan tərəfindən işğalı zamanı Kəlbəcərdə lentə alınan videoda Kaliforniya əsilli erməni terrorçu Monte Melkonyan və onun silahdaşları mühasirəyə almış Azərbaycan türklərinə 10 saat ərzində şəhəri tərk etmələri əmri verdiyi video çarx paylaşılıb.
TIME bildirir ki, çarxın şərhində həmin vaxt Qarabağı işğal edən ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yaşayan 1 milyon yerli Azərbaycan türklərinə öz torpaqlarında yaşamaq imkanı vermədikləri qeyd edilib.
Bu günahsız dinc insanların yeganə yolu qaçmaq idi, əks halda onlar Kəlbəcərdə qalan 1000 dinc sakinlə birlikdə öldürüləcəkdilər.
In this video recorded in Kelbecer in 1993 during Armenia's occupation of Karabakh, the Californian-born Armenian terrorist Monte Melkonyan and his accomplices are telling the besieged Azerbaijani Turks to leave the city within 10 hours.
— Clash Report (@clashreport) September 26, 2023
The Armenians who occupied Karabakh at… pic.twitter.com/OCu25BcvYU
Birinci Qarabağ müharibəsi zamanı ermənilər Kəlbəcəri işğal edərkən 1993-cü ilin aprelində lentə alınan bu videoda görünən uşağı əsir götürüblər. Ermənilərdən sədəqə dilənən qadın onun nənəsidir.
Nənənin yalvarışlarına və fəryadlarına məhəl qoymayan erməni əsgərləri uşağı tanka mindirərək aparıblar.
In the 1st Karabakh War, when Armenians occupied Kalbajar, they captured the child seen in this video footage recorded in April 1993.
— Clash Report (@clashreport) September 27, 2023
The woman begging the Armenians there is his grandmother.
Armenian soldiers, ignoring the pleas and cries of his grandmother, put the boy on the… pic.twitter.com/fJDLCHsztc
Nənəni uşağın (Zabil Seferov) gözü qarşısında öldürüb, 3 il əsir saxlayıblar. Üç uzun, əzablı il ərzində Zabil və onun kimiləri əsirlik dəhşətlərinə dözdülər. Xankəndi və Ağdərədəki erməni əsir düşərgələrində, eləcə də Şuşa həbsxanasının divarları arxasında qullara çevrildilər. Zalımlar öz hakimiyyətlərindəmn istifadə edərək yaşından asılı olmayaraq məhbuslara işgəncə verir, istədikləri kimi ölürürdülər.
Uşaq BQXK-nın rəhbərliyi altında 1996-cı ildə məhbus mübadiləsində azad edilib. Ermənilər onu Kəlbəcərdə qaçıranda Zabil Səfərovun cəmi 15 yaşı var idi.
Bu gün isə biz 30 il sonra Azərbaycanlıların tarixi torpaqlarına qayıdan zaman Qarabağda məskunlaşmış ermənilərə göstərdiyi humanizmi müşahiddə edirik.
Aşağıda təqdim etdiyimiz videoçarxlarda yolda Azərbaycan polisinin rus sülhməramlıları ilə birgə yolda qalan dinc erməni vətəndaşlarına su payladığını görürük. Onlar insanların qeydinə qalaraq əlavə neyə ehtiyacları olduğunuda soruşurlar. Ünsiyyət rus və hətta Azərbaycan dilində aparılır. Qarşılıqlı birgəyaşayış və yan-yana yaşadıqları dövrdən Qarabağın bəzi erməni sakinləri Azərbaycan dilində də danışırlar.
Azerbaijan Police personnel with Russian peacekeepers on the road are distributing waters to armenian civilians and asking them whether they need something else?. Communication is in Russian and even in the Azerbaijani language as well. Since the days of mutual co-existance and… pic.twitter.com/nhW3i6PCxB
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 26, 2023
Azərbaycan polisi Xankəndi-Şuşa yolunda mülki erməni vətəndaşlarına yemək paylayır.
Azerbaijani police officers distribute food to Armenian civilians on Khankendi-Shusha road. pic.twitter.com/c1nw663z6G
— Clash Report (@clashreport) September 26, 2023