Azərbaycan Dəmir Yolları ASC payız-qış mövsümü ilə əlaqədar bəzi qatarların qrafikində dəyişiklik edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 23:45 qatarının qrafiki dəyişdirilib.
Sərnişinlərin xahişini nəzərə alaraq həmin sürət elektrik qatarı oktyabrın 1-dən etibarən Bakı Dəmiryol Vağzalından 45 dəqiqə tez, saat 23:00-da yola düşərək Sumqayıta saat 23:52-də çatacaq.
Bu dəyişiklik həm iş, həm də qeyri-iş günləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, ADY-nin daimi sərnişinləri olan sosial şəbəkə istifadəçiləri Sumqayıt-Xırdalan-Bakı və Pirşağı -Sumqayıt qatarlarının qrafikinə və xəttlərə buraxılan qatar sayına dəyişiklik edilməsinə ehtiyac olduğunu bildirirlər.
Sərnişinlər qatarlarda Wi-Fi şəbəkəsinin və havalandırma sistemlərinin müntəzəm işləmədiyindən şikayətlənirlər.