Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.
TIME Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən bildirir ki, sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində xəsarət alması faktı üzrə Şuşa rayon prokurorluğunda araşdırma aparılır.