Türkiyə Prezidenti Azərbaycanın ərazi bütövlüyünü qorumaq naminə attığı adımları dəstəklədiyini bildirib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident Rəcəb Tayib Ərdoğan Qarabağa hər-hansı yeni statusun verilməsinin əsla qəbul edilməyəcəyini bəyan edib.
Karabağ, Azerbaycan toprağıdır.
— Recep Tayyip Erdoğan (@RTErdogan) September 19, 2023
Bunun dışında bir statünün dayatılması asla kabul edilmeyecektir.…
“Qarabağ, Azərbaycan torpağıdır. Bunun xaricində bir statusun müəyyən edilməsi əsla qəbul edilməyəcək. Azərbaycan ve Ermənistan arasındaki görüşün keçirilməsini daim dəstəklədik. Lakin Ermənistanın bu tarixi fürsətı yetərincə dəyərləndirmədiyini görürük. Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Ermənilərdə daxil olmaqla hərkəsin Azərbaycan torpaqlarında sülh şəraitində yaşaması əsas hədəfimiz olmalıdır. “Tək millet, iki dövlət” şuarı ilə Azərbaycanın ərazi bütövlüyünü qorumaq istiqamətində attığı addımları dəstəkləyirik”, – deyə Türkiyə Prezidenti çıxışında qeyd edib.