Uşaqlarınızı ruhdan salmamaq üçün məktəb qiymətlərinə necə yanaşmalısınız?

Yeni dərs ili başlayır və bu uşaqların yeni biliklərə yiyələnməklə birliktə dərsdən yaxşı və pis qiymətlərin alması, hansısa fənni çətin qavraması, müəllimlərin və valideynlərin narazılıqlarına tuş gəlməsi deməkdir. Uşaqlarınızı dahada böyük stresə məruz qoymamaq və ruhdan salmamaq üçün valideynlər məktəblilərin qiymətlərinə necə münasibət göstərməlidirlər. Aşağıda psixoloqların tövsiyyə etikləri ən düzgün yanaşmalar siyahısını təqdim edirik.

Biliklərə yiyələnmə prosesi çox vaxt qiymətdən daha vacibdir

Qiymətlər təkcə şagirdin məktəbdəki uğur və ya uğursuzluğunun göstəricisi deyil. Bəzi uşaqlar üçün, onlar özünə inam mənbəyi ola bilər, bəziləri üçün isə məişət mübahisələrinə yol açan səbəb. Buna görədə şagirdin həyatında qiymətlərin əhəmiyyətini şişirtməməyə çalışmaıyıq.

Uşağınızla qiymətlər haqqında deyil, dərsin gedişatı, yeni bilikləri haqqında danışın. Gündəlikdəki qeydlər bir göstəricidir, lakin bu göstərici bəzən heçdə uşağının bilik səviyyəsinin göstəricisi deyil. Yaxşı qiymətlər almayan uşaq pis əhval-ruhiyyədə ola bilər və ya lövhə qarşısında sərbəst dərs danışmaqda çətinlik, həyəcan hiss edə bilər, keçirilən dərsin mövzusunu tam qavramaya bilər.

Bəlkədə yüksək qiymət almadığının səbəbi onlayn oyunda lazımi səviyyəyə çatmaq istədiyi üçün ev tapşırığını vaxtında yerinə yetirməyib.

Yaxşı qiymət isə uşağın yarım gün ərzində internetdə məruzə üçün material axtarması nəticə verib. Cənubi Afrikanın bitkiləri haqqında onun qədər maraqlı faktlara heç kim toplamayıb və ya testin çox asan olduğu məlum olub. Məktəbli yaxşı qiymət aldığını xoşbəxtlikdən ona asan sualların düşməsini deyir, halbuki o, bir ay ərzində gündə bir-iki misal həll edərək, yaxşı hazırlaşıb və bunun nəticəsində misallar ona asan görünüb.

Buna görə də, məktəblinin hansı qiymət almasından asılı olmayaraq daha çox onun gündəlikdə ki, qiymətə deyil uşağın dərslərə ayırdığı vaxta və onları düzgün qavramağına diqqət yetirməliyik. Uşaqdan aldığı qiymətlə bağlı özünü necə hiss etdiyini, dərslərə hazırlaşdıqda və ya hazırlaşmadıqda nələrin baş verdiyini, nəyi bəyəndiyini, nəyi təəccübləndiyini və ya məyus olduğunu söyləməsini xahiş edin.

Bu qiyməti aldıqdan sonra onun nə edəcəyi barədə də danışmağa dəyər. Məsələn, yaxşı qiymət aldıqdan sonra şagird tropik floranı öyrənməyə dahada böyük həvəs göstərəcək, çünki bu, maraqlıdır. Qeyri-məqbul qiymət aldıqdan sonra isə düşünəcək ki, oyuna başlamadan öncə dərsləri oxumaq lazımdır, çünki əks halda yarım gün bir göz qırpımında keçəcək və dərslər yerinə yetirilmədiyi üçün gündəlikdə qeyri-məqdul qiyməti olacaq bu isə heçə sevindirici hal deyil. Belə bir təhlil uşağa qazanılan təcrübədən nəticə çıxarmağı öyrənməyə kömək edəcək.

Qiymətindən asılı olmayaraq uşağınıza diqqətli olun

Belə olur ki, valideynlər praktiki olaraq yaxşı qiymətlərə reaksiya vermirlər. Əla qiyməti almısan? Belə də olmalıdır! Yaxşı? Niyə daha yüksək qiymət olmasın? Və yalnız qeyri-məqbul qiymət bütün işlərini atıb uşaqla məşğul olmağa və ya ondan nə baş verdiyini ətraflı soruşub və kömək təklif etməyə həvəsləndirə bilər. Uşaqda belə nəticəyə gəlir ki, bir az istilik və qayğı əldə etməyin əmin yolu pis qiymət almaqdır.

Belə halların qarşısını almaq üçün istənilən qiymətləndirmədə ona vaxt və diqqət ayırmağa dəyər. Əgər qiymətlər yüksəkdirsə, uşağın fənn ilə bağlı daha çox nəyi sevdiyini müzakirə edə bilərsiniz. Mütləq onun dərsdə maraqlı faktlar öyrəndiyinə sevindiyinizi göstərin.

Qiymətlər aşağı olarsa, uşağın nədən narahat olduğunu müzakirə edə bilərsiniz. Ola bilsin ki, müəllim dərsi darıxdırıcı aparır və mövzunu çətin formada təqdim edir və ya uşaq vacib dərsi buraxdığı üçün mürəkkəb mövzunu təkbaşına oxuyub başa düşə bilmir. Belə halda ona öz köməyinizi təklif etməlisiniz.

Uşağınızı çətin məqamda dəstəkləyin

Uşağın valieynlərinə qüvənə biləcəyi ilə bağlı heç bir şübhəsinin olmaması vacibdir. O bilməlidiri ki, istənilən çətin vəziyyətdə və ya səhv etdikdə valideynləri həmişə onunla eyni komandada olacaq və bu vəziyyətdən necə çıxmalı oluğunun yollarını tapmaqda kömək edəcəklər.

Məktəblinin təkbaşına öhdəsindən gələ bilməsi çətin olan vəziyyətlər var. Məsələn, müəllimlə münaqişəsi ola bilər və ya uğursuz esse yazdıqdan sonra növbəti işə başlamazdan əvvəl özünü narahat hiss edir. Ola bilsin nə vaxtsa müəllimi rəsm çəkməyi bacarmadığını deyərək onu həqiqətəndə əsəbiləşdirib və artıq illər keşməsinə baxmayaraq şagird əlinə qələm və fırça götürməkdən, rəssamlığın tarixini öyrənməkdən imtina edir. Nəticədə pis qiymətlər alır.

Belə vəziyyətlərdə valideyn dəstəyinə ehtiyac var. Valideyn uşaqlarına həvəsləndirici sözlər deyərək onlara inandıqlarını göstərə bilərlər, hətta mütəxəssisdən kömək istəyədə bilərlər ki, bu psixoloji maneəni aşa bilsinlər.

Bəzən uşağın sadəcə valideynlərinin maraqla onların öyrəndiyi şeirə, hazırladığı məruzənin təqdimatına qulaq asmağına, axşamddan çantasını yığmasını yadına salmaqlarına ehtiyacı olur ki, onlarla birlik hiss etsin. Belə olduğu halda uşaq tək olmadığını, valideynlərinin onun tərəfində olmasını və birlikdə istənilən problemin öhdəsindən gələcəyini hiss edir.

Uşağınızı yarqılamayın

Qiymət yalnız bu günün göstəricisidir və sabah dəyişə bilər. Uşaq isə həmişə özü olaraq qalacaq. Buna görə də onu məğlub olmuş, dar düşüncəli və digər təhqiramiz epitetlərlə yarqılamağa ehtiyac yoxdur.

Bəli, o əsəbiləşib, səhv etdiyinizi sübut etmək üçün daha yaxşı çalışa bilər. Buna bir çox valideyn ümid edir, lakin uşağınız üzüləcək və həqiqətən inanacaq ki, onun imkanları məhduddur və gələcəkdə onun üçün özünə və qabiliyyətlərinə inamı bərpa etmək çox çətin olacaq.

Buna görə də, məktəb qiymətlərini şəxsi keyfiyyətlərdən ayırın və birincinin əhəmiyyətini ikincisi ilə müqayisədə şişirtməyin.

Uşağınızın diqqətini qiymətləndirilməyən fəaliyyətə yönəldin

Başqa insanlarla müqayisələrdən, eləcə də müxtəlif reytinqlərdən qaça bilmərik. Buna görə qiymətləndirmə tələb etməyən sahələrə və peşələrə diqqət yetirməyə dəyər. Bu müxtəlif hobbilər, istirahət, səyahət, ailə və dostlarla münasibətlər ola bilər.

Uşağın məktəblə əlaqəli olmayan fəaliyyətlərinə daha çox diqqət yetirməyə və onun seçdiyi istiqamətdə inkişaf etmək istəyini dəstəkləməyə dəyər.

Nümunə ilə göstərməyə çalışın ki, həyatda heç bir qiymətləndirmənin mümkün olmadığı çox şeylər var. Məsələn, digər insanları başa düşmək və yaxşı dost olmaq, yaxınlarınızla maraqlanmaq və kömək istəmək, çətin anlarda belə sevinmək üçün səbəblər tapmaq vacibdir. Məktəb qiymətləri unudulacaq, bu bacarıqlar isə uşaqda uzun müddət qalacaq.

Leave a Reply