Qeomaqnit qasırğası hansı tarixlərdə baş verəcək?

Şamaxı Astrofizika Rəsədxanasının hazırladığı kosmik hava proqnozuna əsasən 11 – 17 sentyabr tarixlərində geomaqnit qasırğası baş verəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır. 

Günəş küləyi sürətinin 12-13 sentyabrda TKA-nın və  müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli  Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir. 

Geomaqnit sahəsinin də Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 12-13 sentyabrda aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Leave a Reply