“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçiriləcək

 Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 12 sentyabr 2023-cü il tarixində  saat 10:30-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iclasda İşçi Qrupunun 2023-cü il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin ötən dövr üzrə icra vəziyyətinə və qarşıda duran vəzifələrə dair müzakirələr aparılacaqdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinın İdarə Heyətinin sədrinin birinci müavini, komissiyanın altqrupunun rəhbəri Natiq Həsənov ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrasına dair məlumat verəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Katibliyin rəhbəri Elmar İsayev işçi qrupun 2023-cü il üçün Fəaliyyət Planının icrası sahəsində görülmüş işlər barədə təqdimatla çıxış edəcək.

İclasda İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Rəqəmsal
İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Şirkətinin və aidiyyəti qurumların
Fəaliyyət Planının icrasına bilavasitə cəlb olunan məsul şəxsləri iştirak edəcəklər.

Leave a Reply