Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi başladı

Sentyabrın 5-də müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinə start verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 7 sentyabr saat 12:00-da başa çatacaq.

Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Leave a Reply