“VMware Aria Operations for Networks” məhsulunda kritik boşluq aşkar olunub.
TIME Elektron Təhlükəsizlik Xidmətinə istinadən bildirir ki, “Aria Operations for Networks” unikal kriptoqrafik açar generasiyasının olmaması autentifikasiyadan yan keçməyə səbəb olur.
Şəbəkəyə girişi olan kiberdələduz “Aria Operations for Networks CLI”a daxil olmaq üçün “SSH” autentifikasiyasından yan keçə bilər.
Boşluqdan qorunmaq üçün istifadəçilərə məhsulu ən son versiyaya yeniləmələri tövsiyə olunur.