Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) sentyabr ayında pensiya və müavinatların ödəniləcəyi tarixləri açıqlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bölgələr üzrə əmək pensiyalarının və güzəştli şərtlərlə əmək pensiyalarının ödənilməsi isə 15 sentyabr tarixində nəzərdə tutulub.
Sosial müavinətlərin ödənilməsi 26 sentyabr tarixində nəzərdə tutulub.