Aztəminatlı ailələr birinci sinfə gedən övladlarına pulsuz məktəbli formasına necə ala bilərlər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrin birinci sinfə yeni başlayan övladlarına pulsuz məktəbli forması təqdim edir.

TIME Sosial Xidmətlər Agentliyinə istinadən bildirir ki, 1-ci sinif şagirdlərinin pulsuz geyim və ləvazimatların təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edən sosial tərəfdaşlar tərəfindən aparılır.

Məktəbli ləvazimatlarını və geyimi almaq üçün Sosial Xidmətlər Agentliyinin rəsmi Facebook səhifəsi üzərindən müraciət edərək ad, soyad, ata adı, fin kod, ünvan və əlaqə nömrəsini mesaj bölməsində qeyd etmək tələb olunur.

Leave a Reply