Kapital Bank vergi, gömrük, kommunal və digər bizneslə bağlı çoxsaylı ödənişlərə zaman sərf etmək istəməyənlər üçün Birbank Biznes saytında və tətbiqində “HÖP ödənişləri” bölməsindən istənilən ödənişi bir neçə dəqiqədə asanlıqla həyata keçirmək imkanı yaradıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Birbank Biznes saytında və Birbank Biznes tətbiqində bankın müştəriləri HÖP ödənişləri bölməsi ilə ödəniş terminallarına və poçta getmədən çox rahat bir şəkildə vergi, DSMF, gömrük, kommunal və digər ödənişlərinizi edə bilərlər. HÖP ödənişlərinin bölmə (və alt bölmələri) aşağıdakılardır:
Büdcə ödənişləri:
- Dövlət Vergi Xidməti;
- Dövlət Gömrük Komitəsi;
- İcbari Sığorta Bürosu;
- Bələdiyyələr;
- Daxili İşlər Nazirliyi;
- Bakı Nəqliyyat Agentliyi;
- Dövlət Miqrasiya Xidməti;
- Əmlak Məsələləri Dövlət Komitəsi;
- Məhkəmələr;
- Fövqəladə Hallar Nazirliyi;
- Maliyyə Nazirliyi.
Kommunal:
- Mobil operatorlar;
- Təhsil ödənişləri;
- İnternet ödənişləri;
- TV;
- Telefon ödənişləri;
- Xeyriyyə ödənişləri.