Internet banking, 5G, teleqram botlar, maşın təlimi kimi texnologiyaların qeyri-düzgün və ziyanverici istismarı istifadəçilər üçün bir təhlükə mənbəyidir.
Bunu TIME-ın 5G şəbəkələrinin və süni intellektin inkişafı fonunda biznes və sadə istifadəçilər üçün yaranan xeyirli imkanlarla yanaşı yaranan yeni kibertəhdidlər və onlarla mübarizə üsulları ilə bağlı sualını cavablamdıraraq Kaspersky Labiratoriyası şirkətinin GreAT departamentinin rəhbəri, kibertəhlükəsizlik üzrə mütəxəssis Dmitri Qalov bildirib.
Ekspert qeyd edib ki, şirkət gələcəyin texnologiyalarının və bu cür halların təhlili ilə məşğul olur .
“5G texnologiyası daha çox qurğunun eyni zamanda yüksək sürətlə qoşulmasını və bu ilk növbədə əşyaların interneti (IoT) qisminə aid olan qurğular üzərindən DDoS hücum risklərinin artmasını nəzərdə tutur. İkinci tərəfdən, təşkilat daxilində məlumatların ötürülməsi zamanı bu məlumatların daha tez və sürətlə sızmasına imkan verir. Üçüncü tərəfdən isə 5G qüllələri 1 kvadrat metr ərazidə daha çox sayda qurğuya xidmət göstərə bilir, lakin onların quraşdırma tezliyi, yəni təsir radiusu daha azdır. Beləliklə, 5G əhatə etdiyi ərazilərdə triambulyasiya etmək daha asan olacaq və hətta biznes mərkəzində konkret insanın yerini daha tez və dəqiq müəyyən etmək mümkün olacaq. Kompromentasiya 5G texnologiyasının artıq mövcud olan avadanlıqlarda işini mümkünsüz edir. Yeni avadanlıqların quraşdırılması isə istənilən halda kiçikdə olsa səhvlərin yaranmasına yol açır. Bir çoxları avadanlıq istehsalçıların məlumatları sızdıra biləcək backdoor-ların tətbiqindən qorxurlar, lakin adətən vəziyyət daha prozaik olur, sadəcə şəbəkə qurulduqda boşluqlar nəzərdən qaçırılır. Əsas risk isə IoT qurğuların geniş yayılması nəticəsində şirkətlərdə onların istifadəçiləri haqda daha çox məlumatların toplanması ilə bağlıdır. Bu məlumatlar reklamın yönləndirilməsi məqsədləri üçün toplandığı bildiriləcək, lakin bunun fərdi istifadəçinin maraqlarına nə dərəcədə uyğun olduğu və ya bu məlumatları izləmək üçün istifadə ediləcəyi ilə bağlı nə isə demək çətindir”, – deyə o qeyd edib.
Yeni yaranan təhdidlərlə mübarizə üsullarından bəhs edərək ekspert bildirib ki, texnologiyadan və onun ötürmə sürətinddən asılı olmayaraq Kaspersky şirkəti istifadəçi avadanlığının təhlükəsizliyini təmin etdiyi üçün onun işində ciddi bir dəyişiklik olmayacaq, çünki şirkət sonda bir dələduzluq üsulları ilə mübarizə aparacaq bir çox hallarda burada taktiklər dəyişməz qalır: məlumatların yoxlanılması, onların mənbəyinin müəyyən edilməsi və s. Sonda bilirildi ki, istənilən təhdidin işə düşməsi üçün istifadəçinin kibercinayətkar tərəfindən göndərilən hər hansı məktubu və ya linki açması, verilən sualın cavablandırılması lazımdır, hücumun bu mərhələsinə şirkətin müdaxiləsi mümkün deyil, burada istifadəçinin diqqətli olması lazımdır.