2023-cü ilin sentyabr ayında Moskvada “Kinematoqrafçılar İttifaqları Konfederasiyası” Milli Kinematoqrafçıların Rüstəm İbrahimbəyov adına “Qızıl tağ” Beynəlxalq Forumunu keçirəcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, forumda bir sıra peşəkar kinematoqrafçıların ustad dərsləri keçiriləcək:
- Talqat Tayşanov: “Kino və televiziyada çoxkameralı çəkiliş üsulu”
- İmanbergen Marat: “Rəssamların kinoda işi”
- Azat Hakimov: “Bədii filmlərdə, sənədli film estetikasının sistemi”
- Pyotr Krivostanenko: “Ssenarinin vizualizasiyası”
Rüstəm Saqdullayevin ustad dərsinin mövzusu və keçirilmə vaxtı yaxın zamanda elan olunacaq.
Dəyirmi masa: “MDB ölkələrinin kino məktəblərinin tələbə filmlərinin istehsalı sahəsində əməkdaşlığı və tələbə filmləri festivalları.
“Kinematoqrafçılar İttifaqları Konfederasiyasına üzv ölkələrin birgə film istehsalı” seminarı
Yuxarıda qeyd olunan tədbirlər onlayn və oflayn qaydada baş tutacaq. Zoom platformasına keçid linki yaxın günlərdə yayımlanacaq.