Top 4 ən yaxşı sitcom – VİDEO

“World of Statistics” kino tarixində ən yaxşı sitcom-serialları hansılardır mövzusunda sorğunun nəticələrini açıqlayıb.

TIME bildirir ki, sorğunun nəticəsində ən çox baxılan və pərəstişkar toplayan dörd sitcom-serialın (komik vəziyyətlər serialı) adı açıqlanıb:

Ofis – The Office

“Ofis” – amerikan sitcom-kumentar filmi, eyniadlı məşhur BBC serialının uyğunlaşdırılmasıdır. Serial Pensilvaniya ştatının Scranton şəhərindəki kağız tədarükü şirkətinin filialında işçilərin gündəlik həyatlarını göstərir. Serial 24 mart 2005-ci ildən 2013-cü il mayın 16-dək NBC kanalında yayımlanıb və cəmi 9 mövsümdən (201 seriya) ibarət olub. Ssenari müəllifi Qreq Daniels (“The Simpsons”, “Saturday Night Live” və “King of the Hill”) layihəni amerikalı tamaşaçılara uyğunlaşdırmağa çalışıb. Orijinal icraçı prodüserlər Daniels, Ricky Gervais, Stephen Merchant, Howard Klein və Ben Silverman idi, lakin serial irəlilədikcə aktyor heyəti də prodüser kimi çıxış edib.

Serial əsl sənədli filmə bənzəmək üçün tamaşaçısız və ekrandan kənar gülüşlər olmadan tək kameralı kadrlardan istifadə edilərək lentə alınıb. Ofis NBC-də mövsümün ortasında əvəzedici olaraq işə salınıb.

Əvvəlcə Office qarışıq rəylər aldı, lakin ikinci mövsümün başlaması ilə, Stiv Karelin sayəsində layihə ictimaiyyətin ümummilli sevgisini qazanmağı və televiziya yayımı sahəsində bir çox mükafat qazanmağı bacardı: Peabody Mükafatı (2006), ABŞ Ekran Aktyorları Gildiyası Mükafatı (2007, 2008), Qızıl Qlobus (Stiv Karell) və dörd Primetime Emmy Mükafatı. Səkkizinci mövsüm keyfiyyətin aşağı düşməsinə görə tənqid edildi, bunun əsas səbəbi Karell-in NBC ilə müqaviləsinin bitməsindən sonra getməsi idi. Doqquzuncu final mövsümü isə izləyicilərdən yaxşı reytinqlər və müsbət rəylər aldı. Final bölümü 16 may 2013-cü ildə yayımlandı təxminən 6 milyon tamaşaçı topladı.

2016-cı ildə Rolling Stone The Office-i bütün zamanların 100 ən böyük televiziya şoularından biri adlandırdı.

Dostlar-Friends

“Dostlar” serialı altı dostun həyatından bəhs edən Amerika sitcomudur. Amerika televiziyası tarixində ən yaxşı komediya seriallarından biri kimi tanınıb və 1990-cı illərin ən məşhur layihələrindən birinə çevrilib. İstehsalın özü və yaradıcı heyət altı Emmi Mükafatı və Qızıl Qlobus Mükafatı da daxil olmaqla çoxsaylı mükafatlar alıb.

“Dostlar”, Warner Bros ilə birlikdə Bright/Kauffman/Crane Productions tərəfindən istehsal edilib. Serialın premyera nümayişləri Amerika televiziya kanalı NBC tərəfindən yayımlandı (22 sentyabr 1994-cü ildən 6 may 2004-cü ilə qədər). Serialın son epizodu televiziya seriallarının son seriyalarının reytinqində dördüncü yerdə qərarlaşıb – 52,5 milyon insan onu premyera efirində izləyib.

1994-cü ildən 2004-cü ilə qədər serialın 10 mövsümü – cəmi 236 seriyası çəkilib. Dünyanın müxtəlif ölkələrində böyük uğurla nümayiş etdirilib və çoxsaylı pərəstişkarlar qazanıb.

27 may 2021-ci ildə HBO Max video striminq platforması orijinal şounun bütün əsas aktyorlarının iştirakı ilə “Friends”-in xüsusi buraxılışını təqdim edib.

Seynfeld-Seinfeld

“Seinfeld” 5 iyul 1989-cu ildən 14 may 1998-ci ilə qədər NBC-də yayımlanan Amerika sitcom televiziya serialıdır. 2002-ci ildə TV Guide jurnalı Seinfeldi bütün zamanların 50 ən yaxşı televiziya şousu siyahısında birinci yerə layiq görüb. 2008-ci ildə Entertainment Weekly, Seinfeldi son 25 ilin ən yaxşı 100 televiziya şousu siyahısında The Sopranos və The Simpsons-dan sonra üçüncü yerə layiq görüb.

Böyük Partlayış Nəzəriyyəsi – The Big Bang Theory

Böyük Partlayış Nəzəriyyəsi televiziya şousunun əsas müəllifləri Stiven Molaro, Çak Lorre və Bill Pradidir.

Serialın premyerası 24 sentyabr 2007-ci ildə CBS-də baş tutub və final sezonu 16 may 2019-cu ildə başa çatıb. 12 mövsüm ərzində cəmi 279 seriya çəkilib. Beləliklə, Böyük Partlayış Nəzəriyyəsi “Chers” komediya serialını (275 seriya) ötərək televiziya tarixində ən çox davam edən sitcom olub.

Əvvəlcə serialın əsas personajları Kaliforniyanın Pasadena şəhərində yaşayan beş personaj olub. Onlar Leonard Hofstedter və Şeldon Kuper, bir mənzili bölüşən Kaliforniya Universitetinin iki fizikləridir, Penni, küçənin o tayındakı mənzildə yaşayan ofisiant və həvəskar aktrisadır, Hovard Volovits aerokosmik mühəndisdir və Rajeş Kutrappali isə astrofizikdir. Daha sonra onlara nevrobioloq Emi Farra Fauler, mikrobioloq Bernadet Rostenkovski və komikslər mağazasının sahibi Stüart Blum daxil olmaqla bir neçə əhəmiyyətli köməkçi personaj qoşuldu.

Serial Warner Bros tərəfindən canlı tamaşaçılar qarşısında lentə alınıb. İlk sezonu boyunca Böyük Partlayış Nəzəriyyəsi serialı tənqidçilərdən qarışıq rəylər aldı, lakin ikinci mövsümdən başlayaraq reytinqlər əsasən müsbət oldu. Serialın səkkiz mövsümü ABŞ-da ən yüksək reytinqli TOP 10 televiziya şousu arasında yer alıb və on birinci mövsüm 2017/2018 mövsümünün ən populyar serialı olub. 2011-ci ildən 2014-cü ilə qədər şou görkəmli komediya serialı nominasiyasında Emmi mükafatına layiq görülüb. Şeldon rolunu ifa edən Cim Parsons komediya serialında ən yaxşı baş rol ifaçısı kimi dörd Emmi mükafatı qazanıb. Ümumilikdə, serial 46 Emmy nominasiyası və yeddi mükafat qazanıb. Ümumilikdə, 2018-ci ilə qədər serial 216 nominasiya alıb və onlardan 56-da qalib gəlib. 2017-ci ildə CBS kanalında “Şeldonun Uşaqlığı” adlı spin-off serialının 1-ci mövsümü yayımlanıb.

Leave a Reply