Kolleclərdə oxuyanlara hansı hallara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sosial şəbəkə istifadəçilərini maraqlandıran bu sualı cavablandırıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qurumun Facebook səhifəsində sosial şəbəkə istifadəçilərindən biri “Kollecdə oxuyanlara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilicəkmi?” sualı cavablandırılıb.

““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinin tələblərinə əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış (9 illik təhsil bazasından qəbul olunmuş) çağırışçılara 22 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir”, – deyə cavabda qeyd edilib.

Leave a Reply