Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aşağıdakı vakansiyalar üzrə həkim mütəxəssislər və tibb işçiləri dəvət edir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, elan aşağıda göstərilən 12 müxtəlif istiqamət üzrə vakansiyaları əhatə edib:
- Həkim-terapevt
- Həkim-nevropatoloq
- Həkim-psixiatr
- Həkim-otorinolarinqoloq
- Həkim-dermatoveneroloq
- Həkim-cərrah
- Həkim-oftalmoloq
- Həkim-rentgenoloq və texnik
- USM (ultrason müayinəsi) mütəxəssisi
- Elektrokardioqrafiya
- Exokardioqrafiya
- Elektroensefaloqrafiya-funksional diaqnostika
Vakansiyalar üzrə müraciət etmək istəyənlər info@seferberlik.gov.az elektron poçtuna yaza və ya anketi doldura bilərlər (https://exidmet.seferberlik.gov.az/UnregisteredApplication/Create). Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunu yazmaq mütləqdir. Ətraflı məlumat üçün Çağrı Mərkəzinə zəng vura bilərsiniz – 9100.