Daha bir küçədə sürət həddi endirilib

Şəhər mobilliyi prinsiplərinə uyğun olaraq Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) verdiyi məlumata əsasən, bu tədbirlər çərçivəsində daha bir küçədə sürət həddi endirilir. 25 iyul tarixindən paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilir.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik.

Leave a Reply