Həftəsonu rayonlarda hava necə olacaq?

Azərbaycanın rayonlarında avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, 19-u gündüzdən 20-si gündüzədək isə bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Şərq küləyi 15-18 m/s, 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi ehtimalı var.

İstirahət günlərində (avqustun 19-20-də) milli parklarda gözlənilən hava şəraiti

Samur–Yalama milli parkı

Əsasən yağmursuz. Lakin avqustun 19-da gündüz arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 30-33°isti olacaq.

Altıağac milli parkı

Əsasən yağmursuz. Lakin avqustun 19-u gündüzdən 20-si səhərədək arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 27-29° isti olacaq.

Ağgöl milli parkı

Əsasən yağmursuz. Lakin avqustun 20-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 34-36° isti olacaq.

Qızılağac milli parkı

Əsasən yağmursuz. Lakin 19-da səhər saatlarından 20-si gündüzədək arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-23°isti, gündüz 34-36° isti olacaq.

Göygöl milli parkı

Əsasən yağmursuz. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-26° isti olacaq.

Şirvan milli parkı

Əsasən yağmursuz. Lakin 19-da səhər saatlarından 20-si gündüzədək arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-23°isti, gündüz 34-36° isti olacaq.

Hirkan milli parkı

Əsasən yağmursuz. Lakin 20-də gündüz arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-23°isti, gündüz 34-36° isti olacaq.

Leave a Reply