“Starlink” peyk internet xidməti bu il ölkəmizdə fəaliyyətə başlayır

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüş əsnasında “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması məsələsini müzakirə edilib.

Bununla yanaşı, bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi (https://www.facebook.com/IAC2023) ətrafında fikir mübadiləsi aparılıb.

Leave a Reply