Azərbaycanın rayonlarında sabahdan hava şəraiti dəyişəcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, avqustun 15-18-də əsasən gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23° isti, gündüz 28-33° isti olacaq.
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq.