Top 10 çox xərcləmədən bahalı və dəbli görünməyin sirri

Bir çoxumuz düşünürük ki, zövqlü və bahalı görünmək üçün xeyli vəsait xərcləməliyik və mütləq şəkildə tanınmış brendlərin məhsullarını almalıyıq. Lakin bu belə deyil. Sadəcə artıq özünütəsdiqləmiş qaydalara əməl etməyimiz tələb olunacaq. Bunun üçün geyimə böyük büdcələr xərcləmək və hər mövsüm qarderobunuzu yeniləməyə ehtiyac olmayacaq.

TIME şəxsi müşahidələrinə və mütəxəsislərin rəylərinə əsaslanaraq bildirir ki, aşağıda təqdim etiyimiz 10 sadə qaydaya əməl etsəniz görünüşünüz heç vaxt ucuz və zövqsüz olmayacaq.

Ucuz görünməmək üçün etiketləri nümayiş etməkdən çəkinin

Ətrafdakıların diqqətini geyinməyə üstünlük verdiyiniz brendlərə yönəltmək çoxdan xoşagəlməz zövqün göstəricisi olub və bu əsasən 2000-ci illərin əvvəllərində inkişaf etmiş bir çox məşhur brendin saxtalaşdırılmasından sonra baş verib. Buna görə də, yalnız dünya moda evlərinin orijinallarını geyinsəniz də, onların loqoları göz önündə olduğu təqdirdə “keçiddən geyinən” kimi görünmək riskini artırırsınız. Etiket nişanları ilə təmtəraqla bəzədilmiş saxtalardan danışmağa belə dəyməz.

Geyiminizi səliqəli saxlayın

Səliqəsizlik üslubun əsas düşmənlərindən biridir. Buna görə də, həmişə paltarınızın, ayaqqabılarınızın və aksesuarlarınızın vəziyyətinə diqqət yetirin – onlarda ləkələr, nəzərəçarpacaq çızıq və aşınma əlamətləri olmamalıdır. Paltarınızın həmişə təmiz və ütülü olması da eyni dərəcədə vacibdir (sonuncu şərt sizin üçün əziyyətlidirsə, çox qırışan və ya müntəzəm quru təmizləmə tələb edən materiallardan paltar almaqdan çəkinməyə çalışın).

Çantalara və ayaqqabılara daha çox diqqət yetirin

Bu o demək deyil ki, siz məhz son dərəcə bahalı brendlərin məhsullarına müraciət etməlisiniz, sadəcə ayaqqabı və aksesuarların keyfiyyəti çox önəmlidir və imicinizin təməlini yaradır. Təbii və ya süni (lakin yüksək keyfiyyətli) materiallardan hazırlanmış çanta və ayaqqabılara pul xərcləməkdən çıkinməyin. Bahalı görünməyin bu yollarını xatırlayın: Siz ucuz brendlərdən paltar ala bilərsiniz, lakin istifadə etdiyniz keyfiyyətli detallar sayəsində ümumi görünüşünüzü bir neçə pillə daha yüksək dəb “səviyyəsinə” qaldıra bilərsiniz.

Ağ rənglərdə geyimə daha tez-tez müraciət edin

Çoxlarının şüurunda ağ geyim qeyri səmərəli seçim kimi qeyd edilib. Lakin ümumi ağ görünüş həmişə, xüsusilə payız və qışda olduqca gözəl görünür. Bu seçimə diqqət yetirin, amma əlbəttə ki, gündəlik geyim kimi deyil.

Əşyaların keyfiyyətinə diqqət yetirin

Büdcə markaları fərqlidir: beş aşağı keyfiyyətli ağ köynəkdənsə, onların ümumi dəyərində bir keyfiyyətli ağ köynək almaq daha yaxşıdır. Belə mini-sərmayələr qarderobunuzun (xüsusilə də onun əsas hissəsi) ömrünü əhəmiyyətli dərəcədə uzadacaqdır.

Onlayn alış-verişi laqeyd yanaşmayın

Onlayn mağazalarda markalı əşyaları mütəmadi olaraq izləsəniz endirimlərdən faydalana bilərsiniz. Ümumiyyətlə, onlayn mağazalarda büdcəli yüksək keyfiyyətli geyim və aksesuarlar seçimi genişdir və nisbətən aşağı qiymətə ala bilərsiniz.

Biserli və parıltılı geyimlərlə təcrübələr etməyin

İnanılmaz dərəcədə bahalı kutur paltarları istisna olmaqla, biserli və parıltılı geyimlərin vaxtı çoxan keçib. Əsasəndə bu qayda kütləvi bazar brendlərinə aiddir, çünki ziyafət və səhnə geyimlərini çıxmaqla “parıltı” geyimlər əksər hallarda ucuz görünür və gündəlik qiyafət üçün uyğun deyil.

Həddən artıq böyük çantaları unudun

Orta və kiçik ölçülü çantalar standart olaraq böyük ölçülü idman çantalarından daha səliqəli və daha xoş görünür.

Bir mövsümlük dəb tendensiyalarının arxasınca qaçmayın

Ətrafdakı hamının dərhal geyindiyi ən qaynar dəb tendensiyaları adətən tez yaddan çıxır. Qarderobunuzu formalaşdırdıqda lazımsız xərclərdən qaçmağa çalışırsınızsa, o zaman belə mənasız alış-veriş etməməlisiniz – gözəl və yüksək keyfiyyətli əsas əşyaya və ya dəbli, lakin çox “yayılmayan” bir şeyə investisiya etmək daha yaxşıdır.

Ucuz və keyfiyyətsiz zinət əşyaları taxmayın

Bir həftədə rəngi solan 15 manatlıq bilərzik və ya hər barmaqda bir neçə süni qızılı üzükləri seçməyiniz vacib deyil. Belə bəzəklər sizin görkəminizə müsbət təsir etməyəcək, çünki onlar demək olar ki, bir əsrdir ki, pis zövgün göstəricisi hesab edilir. Qiymətli metallardan olmayan, lakin yüksək keyfiyyətli və gözəl zərgərlik əşyaları istehsal edən brend tapmaq çətin deyil.

Leave a Reply