Təhsil tələbə kreditinin tam bağışlanması nəzərdə tutulmayıb.
TIME Trend-ə istinadən bildirir ki, Təhsil Tələbə Krediti Fondunun Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Tehranağa Abdullayev, sosial növ təhsil krediti almış tələbə normativ təhsil müddətinin bütün semestrlərində əlaçı olduğu halda təhsil tələbə kreditinin 50 faizi bağışlandığını deyib.
“Standart növ təhsil krediti almış tələbə normativ təhsil müddətinin bütün semestrlərində əlaçı olduğu halda isə təhsil tələbə kreditinin 25 faizi bağışlanır” – deyə şöbə müdiri əlavə edib.
T. Abdullayev bildirib ki, növbəti illərdə sosial növ təhsil tələbə krediti almaq hüququ olanların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təhlillər aparılır:”Orada dəyişikliklər ola bilər”.