Şagird yerdəyişməsinə başlanılır

Bu gündən etibarən 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, proses  sy.edu.az  elektron sistemi üzərindən həyata keçirilir.  

Yerdəyişmə  2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək. 

Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. 

Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq.

İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.  İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;

2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. 132-134 nömrəli təhsil kompleksi;

4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

6. İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;

7. Zəngi liseyi;

8. Bakı Avropa liseyi;

9. “Ankara məktəbi” məktəb-lisey;

10. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

11. Bülbül adına orta ixtisas musiqi məktəbi;

12. Humanitar fənlər təmayüllü məktəb-lisey.

Leave a Reply