“X”/“Twitter” istifadəçilərinə yeni funksiya təqdim edilib

Ödənişli “X”/“Twitter” istifadəçilərinə video yükləmə funksiyasını təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “X Blue” abunəçiləri artıq vebsayt vasitəsilə platformada video yükləmək imkanı əldə edəcəklər.

Videoları yükləmək üçün təsdiqlənmiş istifadəçi olmaq və yüklənəcək videonun sahibinin yükləməyə icazə verməsi tələb olunur. Videonu paylaşan şəxs icazə vermədiyi təqdirdə, istifadəçilər onu endirə bilməyəcək.

İlon Mask funksiyadan necə istifadə ediləcəyinidə izah edib. Viddeo yükləmək üçün saytda açdığınız video tam ekran rejimində olmalıdır. Bundan sonra videonun yuxarı sağ küncündəki “…” üç nöqtəli işarəyə klikləyə bilərsiniz.

İ.Mask bildirib ki, tezliklə mobil telefona yükləmə asanlaşdırılacaq və funksiyanı sadəcə məzmunu sıxılı tutmaqla həyata keçirmək mümkün olacaq.

Leave a Reply