Bakıda yeni dələduzluq növü araşdırılır

Bakıda yeni dələduzluq növü ilə bağlı xəbərlər yayılıb.

TIME Trend-ə istinadən bildirir ki, məhərrəm ayı ilə bağlı vətəndaşaların aldadılaraq pulun mənimsənildiyi iddia olunur.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. İddia edilir ki, Yasamal rayonu ərazisində kimliyi bilinməyən 30-35 yaşlı oğlan vətəndaşlara yaxınlaşaraq onlara guya 150 manat ehsan verir.

Sözügedən şəxsin dediyinə görə, pul hansısa institut rektorlarının birinin adından təqdim edilir. Məsələ burasındadır ki, pul verilərkən 200 manatlıq saxta əsginas formasında verilir və qarşılığında 50 manat qalıq istənilir.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sosial şəbəkələrdə yayılan iddialar araşdırma predmetidir.”DİN-in müvafiq qurumunda bu barədə araşdırma aparılır”, – deyə o əlavə edib.

Leave a Reply