Azərbaycan Dəmir Yolları (ADY) ASC bu ilin sonuna kimi tarixi Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işlərini başa çatdıracaq.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda tarixi Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.
Ox üzrə uzunluğu 47,1 km olan yolun 90%-nin layihələndirilməsi yerinə yetirilib. Uzunölçülü relslər 100% quraşdırılıb.
ASC-dən verilən məlumata əsasən, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 2-si müxtəlif ölçülü körpülərdir.
Ümumilikdə tikinti işlərinin 70 %-i tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
Sərnişinləri isə sosial şəbəkələrdə Lənkəran-Astara istiqamətində yeni stansiyaların və yolların tikintisinin nə zaman başliyacağı maraqlandırır.