Wingsuit tərcümədə qanad kostyumu deməkdir və Wingsuiting adlanan ekstremal idman növü ilə məşğul olan insanlar məhz bu kostyumdan istifadə edərək səmada quş kimi uçurlar.
TIME bildirir ki, hazırda Wingsuiting hazırda ən populyar ekstremal idman növlərindən biridir. Getdikcə daha çox idmançı yalnız qanad kostyumunda uçmağa və dağlarda tullanmağa başlamaq məqsədi ilə paraşütlə tullanma ilə məşğul olur.
Imagine doing this🔥 and what is that one minute into the clip? 🧐 pic.twitter.com/h7ZZUqEiCP
— Doge Norway (@DogecoinNorway) July 31, 2023
Wingsuiting 90-cı illərdə, paraşütlə tullanmanın kütləvi hobbiyə çevrildiyi və daha ekstremal aktivliklə məşğul olmaq istənilən zaman yaranıb.
Xüsusi kostyum sərbəst düşmə sürətini azaltmağa kömək edir və deyilənə görə insan inanılmaz həzz ala bilir. Wingsuit atlamaları müxtəlif səthlərdən hazırlanır və şaquli uçuş sürəti 100 km / saata endirilir, lakin sərbəst düşmə müddəti 2 dəqiqəyə çatır. Qeyd etmək lazımdır ki, bəzi ustalar üfüqi olaraq 3 dəqiqəyə qədər uça bilirlər. Hesablama nəticəsində belə qənaətə gəlmək olar ki, 1 km aşağı enərkən insan üfüq boyu 2-2,5 km uçur.
Bir neçə şirkət müxtəlif Wingsuit modellərini təklif edir. Qiymətlər 400 dollardan 3000 min dollardək dəyişiy, lakin 750-1750 dollar qiymətində də yaxşı kombinezon almaq olar.
Kənardan baxanda insanların asanlıqla uçduğu görünür, lakin bu heçdə elə deyil. Wingsuiting ilə məşğul olmaq üçün ən azından yaxşı formada olmaq lazımdı, əsasəndə idmançıların güclü çiyin və qol əzələlərinə ehtiyacı var ki, uçuş zamanı küləyə müqavimət göstərə bilsinlər. Eyni zamanda, artıq çəki uçuşa maneə olan amillərdən biridir. Bu idman növü ilə mə.ğul olmaq arzusunda olan insanlar ilk öncə paraşütla tullanmağı, sonra isə skydayvinqi öyrənirlər ki, Wingsuit ilə uça bilsinlər.