NASA, 2023-cü ilin yayının sonuna qədər NASA+ adlı striming xidmətini istifadəyə verəcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu xidmətdə istifadəçilər agentlik missiyalarının və kosmosa buraxılışların canlı yayımlarını izləyə biləcəklər. Xidmət heç bir reklam olmadan tamamilə pulsuz olacaq.
NASA+ xidməti iOS və Android platformalarında, həmçinin agentliyin saytında və Apple TV, Fire TV və Roku-da NASA proqramı vasitəsilə əlçatan olacaq.
Bundan əlavə, NASA istifadəçilərin rahatlığı üçün bir neçə saytını vahid axtarış və naviqasiya sistemində birləşdirməyi planlaşdırır. Siz artıq NASA-nın yeni veb-saytının beta versiyasını sınaqdan keçirə bilərsiniz.
NEWS 🚨: NASA is launching its own streaming service called NASA+
— Latest in space (@latestinspace) August 1, 2023
The service will be completely free, with no ads pic.twitter.com/QrpTyyIcr5