Azərbaycan Gənclər və İdman Nazirliyi ödənişsiz kapoeyra təlimi təşkil edir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, 5 avqust saat 18:00-dan 19:00-dək “Dədə Qorqud” parkı ərazisində “İdman hamı üçün” layihəsi çərçivəsində kapoeyra təlimi keçiriləcək. Əraziyə giriş sərbəst olacaq.
5 avqust saat 18:00-dan 19:00-dək "Dədə Qorqud" parkı ərazisində "İdman hamı üçün" layihəsi çərçivəsində kapoeyra təlimi keçiriləcək.
— Gənclər və İdman Nazirliyi (@officialmys) August 1, 2023
Əraziyə giriş sərbəst olacaq. pic.twitter.com/LQr77icvE3
Kapoeyra — Cənubi Amerikada əsası qoyulmuş idman növüdür. Rəqs, akrobatika, musiqi və mənəviyyat elementlərini birləşdirən Afro-Braziliya döyüş sənətidir. Uzun zaman kapoeyranın yayılmasına icazə verilməyib.
Kapoeyranın yaşanmasında böyük şəxsiyyətlərdən ikisinin – usta Bimba (Manuel duş Reyş Maşadu) və usta Paştinyanın (Visente Fereyra) daha çox zəhməti olub. Müasir kapoeyranın banisi usta Bimbadır. 1932-ci ildə Bimba tərəfindən tarixdə ilk rəsmi kapoeyra məktəbi yaradılıb. Nəhayət ki, bütün əziyyətlərin nəticəsində 1937-ci ildə kapoeyra Braziliya Milli Konfederasiyası tərəfindən rəsmi olaraq tanınıb. Usta Bimba 1974-cü ilin fevral ayına qədər, yəni son nəfəsinə qədər kapoeyranın təbliğatına çalışıb.
Kapoeyrada əvəzsiz yeri olan digər usta Paştinyadır (1889-1982). Paştinya kapoeyranın “Angola” üslubunu təbliğ edib. O, 21 yaşı olarkən kapoeyraya daha peşəkar şəkildə yaxınlaşmağı qərara alıb. Paştinya həmçinin filosof və rəssam kimi də tanınıb. Kapoeyranın “Angola” növündə əsasən hərəkətlərin cəld deyil, məhz sürəti minimuma çatdırmaqla, icra olunmasına və kapoeyristanın düzgün müvazinət saxlamasına diqqət yetirilir.
Kapoeyra döyüş sənəti Azərbaycanda 1996-1997-ci illərdən görünməyə başlanıb. Mark Dakaskosun iştirakı ilə “Yalnız güclülər” filmi Azərbaycanda efirə çıxdıqdan sonra ölkəmizin müxtəlif bölgələrində: Sumqayıt, Lənkəran, Beyləqan, Gəncə və sair şəhərlərdə Kapoeyra üzrə özünü təlim məşqlərini Azərbaycanda Kapoeyranın başlanğıcı hesab etmək olar.
2000-ci ildə Bakıda Azərbaycan Kapoeyra Federasiyası vahid mərkəz kimi formalaşıb. İlk kapoeyra məktəbi Azərbaycan Kunq-fu Federasiyasının nəzdində yaradılıb. 2005-ci ildə isə “Kontakt” adlı ilk rəsmi kapoeyra klubu yaradılır və dövlət qeydiyyatından keçib.