Sombrero Qalaktikasının ən yaxşı şəkillərindən biri dərc edilib

Kosmosun indiyə qədər çəkilmiş ən yaxşı şəkillərindən biri dərc edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aşağıda təqdim etdiyimiz şəkildə Sombrero Qalaktikasını görmək olar. Şəkil Habbl Kosmik Teleskopu ilə çəkilib.

Sombrero Qalaktikası 11 May 1781-ci ildə Pierre Makkeyin tərəfindan kəşf edilib. Qalaktika Meksika şapkasına (sombrero) bənzədiyindən bu cür adlandırılıb. Yerdən 28 milyon işıq i li uzaqlıqdadır. Göy üzündə Qız bürcü istiqamətində yerləşir.

Astronomlar ilk növbədə halonun kiçik və yüngül olduğunu düşünürdülər ki, buda spiral galaktikanın göstəricisidir, lakin Spitzer kosmik teleskopu Sombrero qalaktikası ətrafındakı halonun düşünüləndən ölçü və kütləcə daha böyük olduğunu aşkara çıxartdı ki, bu da bu qalaktikanın nəhəng eliptik qalaktika olmasının göstəricisidir.

Qalaktikanın ən təəccüblü xüsusiyyəti onun çıxıntısının qarşısında keçən toz zolağıdır. Bu toz zolağı, həqiqətən də, qalaktikanın çıxıntısını əhatə edən simmetrik bir halqadır. İnfraqırmızı spektroskopiya əsasında, toz halqası bu qalaktikada ulduzun formalaşması üçün əsas yer olduğunu demek olar. 1990-cı illərdə Con Kormendinin rəhbərlik etdiyi bir araşdırma qrupu, Sombrero qalaktikası içərisində supermassiv bir qara dəlik olduğunu subut edib. Bu qonşu qalaktikalarda ölçülmüş ən böyük qara dəliklərindən biridir. Sombrero qalaktikası Samanyolu ətrafında ən parlaq qalaktikadır.

Leave a Reply