Azərbaycan kinosunun 125, “Azərbaycanfilm“ kinostudiyasının 100 illiyi münasibətilə “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, avqustun 3-dən 10-dək “CinemaPlus”da davam edəcək baxış Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə həyata keçiriləcək.
Filmlərə baxış üçün giriş sərbəstdir. Həmin müddətdə aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub:
“Arşın mal alan” – Rejissorlar: Rza Təhmasib, Nikolay Leşşenko.1945- ci il. Bakı kinostudiyası.“Bəxtiyar”Rejissor: Lətif Səfərov.1955- ci il. Bakı kinostudiyası.
“O olmasın, bu olsun” – Rejissor: Hüseyn Seyidzadə.1956-cı il. Bakı kinostudiyası.
“Ögey ana” – Rejissor: Həbib İsmayılov.1958-ci il. Bakı kinostudiyası.
“Uzaq sahillərdə” – Rejissor: Tofiq Tağızadə.1958-ci il. Bakı kinostudiyası.
“Əhməd haradadır? – ”Rejissor: Adil İsgəndərov.1963- cü il. “Azərbaycanfilm” k/st.
“Sehrli xalat” – Rejissor: Əlisəttar Atakişiyev.1964- cü il. “Azərbaycanfilm” k/st.
“Bir cənub şəhərində” – Rejissor: Eldar Quliyev.1969-cu il. “Azərbaycanfilm” k/st.
“Bizim Cəbiş müəllim” – Rejissor: Həsən Seyidbəyli.1969-cu il. “Azərbaycanfilm” k/st.
“Şərikli çörək” – Rejissor: Şamil Mahmudbəyov.1969-cu il. “Azərbaycanfilm” k/st.
“Axırıncı aşırım” – Rejissor: Kamil Rüstəmbəyov.1971-ci il. “Azərbaycanfilm” k/st.
“Gün keçdi” – Rejissor: Arif Babayev. 1971-ci il. “Azərbaycanfilm” k/st.
“Nəsimi” – Rejissor: Həsən Seyidbəyli. 1973-cü il. “Azərbaycanfilm” k/st.
“Əzablı yollar” – Rejissor: Tofiq İsmayılov. 1982-ci il. “Azərbaycanfilm” k/st.
“Evlənmək istəyirəm” – Rejissor: Cahangir Mehdiyev 1983-cü il. “Azərbaycanfilm” k/st.
“Bəyin oğurlanması” – Rejissorlar: Ceyhun Mirzəyev, Vaqif Mustafayev. 1985-ci il. “Azərbaycanfilm” k/st.
“Cin mikrorayonda” – Rejissor: Oqtay Mirqasımov. 1985-ci il. “Azərbaycanfilm” k/st.
“Atları yəhərləyin” – Rejissorlar: Əbdül Mahmudov, Həsən Turabov. 1985-ci il. “Azərbaycanfilm” k/st.
“Süd dişinin ağrısı” – Rejissor: Hüseyn Mehdiyev. 1987-ci il. “Azərbaycanfilm” k/st.
“Yaramaz” – Rejissor: Vaqif Mustafayev. 1988-ci il. “Azərbaycanfilm” k/st.
“Ölsəm… bağışla” – Rejissor: Rasim Ocaqov. 1989-cu il. “Azərbaycanfilm” k/st.