“Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihəsi çərçivəsində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin çəkilişlərinə start verilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ katibi Əli İsa Cabbarov, xətti prodüseri isə İsmayıl Qasımovdur.
Film ingilis və erməni dillərində də yayımlanacaq. Sənədli filmlə yanaşı, layihə çərçivəsində sözügedən mövzuda sayt və infoqrafikaların da (erməni və ingilis dillərində) hazırlanması nəzərdə tutulur.
Azərbaycan Kinematoqrafçılar İttifaqı AR Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olmuşdu. “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihənin rəhbəri Xalq artisti, AKİ sədri Rasim Balayevdir.