Azərbaycan Avropanın yaşıl enerji ilə təchizatı ilə bağlı memorandum imzaladı

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Buxarestdə yaşıl enerjinin Avropaya təchizatı ilə bağlı dördtərəfli memorandum imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazir bununla bağlı Twitter-də şəkil paylaşıb.

“Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstandan olan kontragentlərlə dörd ölkə arasında Xəzər dənizindən Avropaya yaşıl enerjinin təchizatını nəzərdə tutan layihənin reallaşdırılması məqsədi ilə birgə müəsissənin yaradılması haqda memorandum imzaladıq”, – deyə nazir şəkili şərh edib.

Leave a Reply