100 milyonlarla zərərli virusun qarşısı alınıb

XRİTDX tərəfindən 6 ay ərzində 100 milyonlarla zərərli virusun qarşısı alınıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədilə “AzstateNet” dövlət şəbəkəsində 2023-cü ilin birinci yarısında 391 milyon 630 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 2 milyon 808 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanmış, 49 min 370 virus tərkibli sənəd isə xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısının alınmasını həyata keçirib.

Leave a Reply