Top 4 yaşlanaraq formada qalmaq vərdişi

Yaşlanaraq formada qalmaq üçün təkcə idmanla kifayətlənmək yetərli deyil. Mütəxəssislər 4 vərdişə üstünlük verməyi məsləhət görürlər .

TIME xarici mətbuata istinadən bildirir ki, yaşlandıqca bütün bədən hazırlığına diqqət yetirməyin dörd yolu var.

Bədən və beyin üçün məşqlər

Fiziki cəhətdən aktiv qalmaq zədələrin qarşısını almağa və bədənin daha sürətli sağalmasına kömək etməsi ilə yanaşı, psixi sağlamlığın və beyin funksiyalarının qorunmasına imkan verir. Fiziki aktivlik beyni ömrün sonuna kimi sağlam saxlamağın ən yaxşı yollarından biridir. Bu istiqamətdə cəhtlərinizi nə qədər tez başlasanız bir o qədər yaxşıdır. Alimlərin keçirdiyi araşdırmalar nəticəsində məlum olub ki, fiziki məşğələlərə başladıüdan bir müddət sonra insanlar yaşlarından asılı olmayaraq məlumatı daha asan yadda saxlaya bilirlər, daha yaxşı icra funksiyalarına sahib olurlar və daha diqqətli olurlar.

Tövsiyə edilir ki, həftədə 5 gün 30 dəqiqə qəzintiyə vaxt ayırasınız. Güc məşqləri etməyə çalışın, bu sizə yaşla bağlı əzələ itkisi ilə mübarizə aparmağa kömək edir və ömrü uzata bilər. Balans məşqləri 65 və daha yuxarı yaşlı insanlarda zədələrin əsas səbəbi olan sürüşmə və düşmələrin qarşısını almağa kömək edə bilər. Ən yaxşısı ayaq barmaqları ucunda yeriyin. Zumba kimi qrup fitness dərslərinə qatılın.

Zehni inkişafdan geridə qalmayın, daim mütaliə edin

Beyni formada saxlayan fəaliyyətlərlə məşğul olun. Belə ki, elmi araşdırmalar göstərib ki, sadəcə onlayn məqalələri oxumağın və Google-da mövzuların axtarışı önəmli zehni stimullaşdırıcı rol oynayır. Krossvordların həlli, kitab oxumaq, oyunlar, hobbilər və xəyal qurmaq zehni inkişafa kömək edir. Stressin idarə edilməsi də psixi sağlamlığın qorunmasının vacib bir hissəsidir. Alimlər gündə cəmi 10 dəqiqə meditasiyanın əhval-ruhiyyəni və idrak çevikliyini yaxşılaşdıra bildiyini geyd edirlər. Meditasiya etmək üçün YouTub-da bir sıra video və audio vasitələr mövcuddur onlardan istifadə edin.

Sosial şəbəkələrdən istifadə edin

Bir çox ölkələrdə sağlamlığa mənfi təsir göstərən tənhalıq epidemiyası yaşanır. Bir araşdırmada sosial əlaqələrin olmaması gündə 15-ə qədər siqaret çəkməklə eyniləşdirilib. Digər tədqiqatlar göstərir ki, sosial əlaqələr vaxtından əvvəl ölüm riskini azaldır. Sosial və emosional uyğunluq keyfiyyətli qocalmanın açarıdır. Yaşlıları aktiv və məşğul saxlamaq üçün süni intellektlə işləyən sosial yoldaşlar hazırlayan şirkət yaşlılara ünsiyyətdə olmağa kömək edir. Lakin şirkət bütün insanları ailə üzvləri ilə dostluq etməyə və münasibətləri qorumağa təşviq edir. O deyir ki, könüllülükdə həyatınıza məqsəd və ünsiyyət əlavə edə bilər.

Düzgün yuxu gigiyenasını inkişaf etdirin

Yaşlı insanların yaşlandıqca daha az yuxuya ehtiyacı olması bir mifdir, lakin Rise Science-ın məsləhətçisi və elm yazıçısı Dr. Jamie Seitzer deyir ki, reallıq budur ki, yaşlandıqca yatmaq daha da çətinləşir. Nəticədə bir çox yaşlı insanlar daha gec yatır və daha tez oyanırlar. “İnsanlar 16 [saat] oyaq qalmaq və 8 saat yatmaq üçün proqramlaşdırılıb. Yaşlı insanların bunu etmək qabiliyyəti getdikcə azalır, ona görə də onlar bunun üzərində bir az daha çox işləməlidirlər”.

Yuxusuzluğun səbəbləri həm sosial, həm də fiziki ola bilər. Seitzer deyir ki, yaşlandıqca səslərə və temperatura daha həssas oluruq. Səhər tezdən sosial öhdəlikləri olmayan yaşlı insanlar normal saatlarda yatmağa daha az meyilli olduqlarını görə bilərlər və nəticə olaraq bəzən gecə yuxusu gündüz yuxusu ilə əvəzlənir. Gecə yuxusuzluğu isə bir müddət sonra depressiya, Alzheimer və xərçəng kimi xəstəliklərə səbəb ola bilər. Bunun qarşısını aşağıdakılar ala bilır:

  • Yaxşı bir rejim bəzi yuxu problemlərini həll edə bilər
  • Günün sonunda kofeindən qaçın
  • Yatdığınız yerdə temperaturu özünüzə görə tənzimləyin
  • Yuxuya getməzdən əvvəl sevdiyiniz televiziya şousuna baxmaq, həzin musiqi dinləmək faydalı ola bilər

Leave a Reply