Azərbaycan basketbolunda tarixi ilk qeydə alınıb

Qızlardan ibarət U-16 millimiz Avropa çempionu oldu!

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatında “C” divizionunun final oyunu baş tutub.

U-16 milli komandamız həlledici oyunda ev sahibi Andorra seçməsinə 57:45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan qitə çempionu olub. 

Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.

Leave a Reply