Oktyabrın 26-27-də Azərbaycanda ilk Kiber məktəbin “Hack the future” proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun təlim keçiriləcək.
TIME bildirir ki, ilk qeydiyyatdan keçənlər Kibertəhlükəsizlik üzrə ödənişsiz masterklasa qoşulmaq imkanı əldə edirlər.
Yerlər məhdud olduğundan hər bir təlim üzrə qeydiyyatdan keçmiş ilk 50 nəfər təlimlərə buraxılacaq.
Azərbaycanda ilk olan Kiber Məktəbin “Hack the future” proqramı üzrə 300 iştirakçı üçün müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun Kibertəhlükəsizlik üzrə ödənişsiz 6 müxtəlif masterclass təlimi keçiriləcək.
Təlimlərlə yanaşı İnformasiya təhlükəsizliyi konfransı və Kibertəhlükəsizlik həlləri sərgisi keçiriləcək.